Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb
Paylaş
·80 baxış·1 dəq oxu
Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. Bu barədə "Report" Rusiya XİN-in saytına istinadən xəbər verir. Görüş zamanı ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunub.