Braziliyada penitensiar böhranı həll etmək üçün 30 həbsxana tikiləcək

Braziliyada penitensiar böhranı həll etmək üçün 30 həbsxana tikiləcək
05:22 17 Yanvar 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Braziliya prezidenti Mişel Temer həddindən yüklənən həbsxanaların işinin asanlaşdırılması üçün ölkədə təqribən 30 yeni penitensiar müəssisə tikmək niyyətindədir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, yeni türmələrin inşasına 300 milyon dollardan çox vəsait ayrılacaq.
Onlardan beşi ən yüksək müdafiə sisteminə malik olacaq. Burada ən təhlükəli cinayətkarlar, o cümlədən bir-biri ilə ədavətdə olan narkotik alver ilə məşğul olan qruplaşmaların üzvləri saxlanılacaq.
Bu qərar həbsxanaların ikiqat yükləndiyi Braziliyada penitensiar sistem böhranının həlli üzrə təcili tədbirlərin biridir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-penitensiar-bohrani-hell-etmek-ucun-30-hebsxana-tikilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR