“Bu gün nüvə təhlükəsi yenə real görünür. Bir neçə il
ərzində böyük dövlətlər arasında münasibətlər pis vəziyyətə düşüb.
Vəziyyəti dəyişmək üçün siyasi dialoqu yeniləmək, birgə hərəkət
etmək lazımdır. Əgər bu olmasa, vəziyyət daha da pisləşəcək”.
Publika.az xəbər verir ki, bu barədə keçmiş SSRİ-nin
prezidenti Mixail Qorbaçov “Time” jurnalında dərc olunan
məqaləsində yazıb.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti
Vladimir Putin nüvə müharibəsinin qarşısını almaq üçün BMT
Təhlükəsizlik Şurasında məsələ qaldırmalı və siyasi dialoqu
yeniləməlidirlər.
Asif