Həqiqətən bu resept möhtəşəm bir reseptdir.
HAZIRLANMASI – 2 orta xörək qaşığı (böyük qaşıq olmasın) boymadərən, 2 orta xörək qaşığı (böyük xörək qaşığı olmasın) dağtərxunu götürürsünüz, 1 litr soyuq suya qarışdırıb yavaş-yavaş isidib 2 dəqiqə qaynadın, sonra 2 saat gözləyib yenidən isidib adi çay dəmləyən kimi 10 dəqiqə dəmləyin, oddan götürdükdən sonra 2 xörək qaşığı bal qarışdırın, soyuyandan sonra bu bir litri gün ərzində için. Həm yeməkdən əvvəl, həm də yeməkdən sonra içə bilərsiniz. Müalicə müddəti 1 aydır. Təkrar içmək istəsəniz 15 gündən sonra içə bilərsiniz.
FAYDALARI – Mədə bağırsaq yaraları, (qastrit, kolit) Mədə,
bağırsaq, mədəaltı vəz xərçəngi, bağırsağın xora xəstəliyi,(qeyri
spesifik xoralı kolit) maraqlıdır ki, tərkibində bal olmasına
baxmayaraq şəkər xəstələrinə olduqca əla təsir edir (amma mən
ehtiyat edib şəkər xəstələrinə balı 1 xörək qaşığı qarışdırmağı
məsləhət görürəm), bağırsaq qurdları (askarid, enterobioz,
lyambliyoz), böyrəyin sidik kisəsinin iltihabi xəstəlikləri
(tez-tez sidiyə getmələrdə), ümumi zəiflikdə (xatırladım ki, çay
orqanizmi çox gümrahlaşdırır, müxtəlf mənşəli köpmələrdə, qaraciyər
fermentəlirinin (ALT, AST, Xolesterin, Bilrubin yüksəkliyində və
sair), öd qatılığında (ağızın acı olması) və revmmatizmlərdə bu
çayın içilməsi olduqca faydalıdır. Çayın heç bir ziyanlı tərəfləri
yoxdur, sadəcə istifadə zamanı fərdi olaraq kimlərəsə əlavə yan
təsirləri və ya allergiya olarsa qəbulu dayandırmaq lazımdır.
Uşaqlara verən zaman 5 yaşdan aşağı uşaqlara vermək olmaz, əgər
vermək istəsəniz hərəsindən 1 çay qaşığı 2 stəkan suda hazırlayıb 2
çay qaşığı bal qarışdıra bilərsiniz. (fizulihuseynov.com)