Liviyanın 2011-ci ildə öldürülən lideri Müəmmar
Qəddafinin köməkçilərindən olmuş xalası oğlu Əhməd Qəddafi əl Dem
Qərbin Türkiyəni məhv etmək istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Rusiyanın “NTV” kanalına
danışan Əhməd Qəddafi Kremlin ABŞ və NATO-nun Yaxın Şərqdə
planlarını pozduğunu deyib.
“Qərb Liviyanı Afrika ölkələrinin lideri olaraq görmək istəmir.
Onlar İraqı yerlə-bir etdilər. İndi də Suriya və Yəmənə hücum
edirlər. Hətta Türkiyə və İranı da hədəfə alıblar. Liviyanı alt-üst
edib sonra da “səhv etdik” dedilər. Liviya xalqından üzr
istəməlidirlər”, - deyə o bildirib.
Asif