Bəzi məcburi köçkünlər vahid aylıq müavinətdən imtina etdilər - FOTO

Bəzi məcburi köçkünlər vahid aylıq müavinətdən imtina etdilər - FOTO
11:27 2 Fevral 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan prezidenti İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 23 yanvar 2017-ci il tarixli fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir.

Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub.

Hər rayondan bir müraciəti nümunə olaraq təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR