İran İsraili qorxudan ballistik raketin sınağını keçirdi

İran İsraili qorxudan ballistik raketin sınağını keçirdi
16:33 2 Fevral 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

İran şəxsi istehsalı olan “Sumar” qanadlı raketinin müvəffəqiyyətli sınaqlarını həyata keçirib.

Publika.az xəbər verir ki, bu haqda xüsusi xidmət orqanlarına istinadən Almaniyanın “Die Welt” qəzeti bildirib.

Nəşrin məlumatına görə, genişmiqyaslı raket sınaqları ötən bazar günü həyata keçirilib. Orta mənzilli “Sumar” raketi nüvə yükünü daşımaq qabiliyyətinə malikdir. Raket sınağın gedişatında 600 kilometr uçub. Amma raketin uçuş məsafəsi 2-3 min kilometr təşkil edir.

İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raketin sınağının keçirilməsi faktını təsdiqləyib. Amma bildirib ki, keçirilmiş sınaqların nüvə silahı ilə əlaqəsi yoxdur.

Tehran ilk dəfə 2015-ci ilin martında silahlı qüvvələrin arsenalında “Sumar” raketininin olduğunu açıqlayıb. Raketin təqdimatı İsraili qorxuya salıb. Yerli KİV-inin yazdığına görə, İsrail bütünlüklə, həmçinin ABŞ-ın bölgədəki bazaları İran raketlərinin hədəfindədir.

Dünən “Fox News” telekanalının iki anonim Amerika nümayəndəsinə istinad edərək verdiyi məlumata görə, İran 2016-cı ilin dekabrında orta mənzilli “Sahab-3” ballistik raketin məxfi sınağını keçirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR