Rusiyada yeni özəlləşdirmə planı təsdiqlənib

Rusiyada yeni özəlləşdirmə planı təsdiqlənib
18:07 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitriy Medvedev 2017-2019-cu illəri əhatə edən özəlləşdirmə planını təsdiq edib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, plan Rusiya iqtisadiyyatında dövlətin rolunun nəzərəçarpacaq dərəcədə azaldılmasını nəzərdə tutur.
Belə ki, özəlləşdirmə planına əsasən, yaxın 3 il ərzində ölkədə fəaliyyət göstərən 500-ə yaxın səhmdar cəmiyyət, 300-ə yaxın federal dövlət unitar müəssisəsi özəlləşdiriləcək. Bundan başqa, xeyli sayda MMC-nin "özəl əllər"ə ötürülməsi, həmçinin dövlət mülkiyyətində olan 1 000-dən artıq digər obyektin özəlləşdirilməsi planlaşdırılır.
Qeyd olunur ki, bu, 3 illik özəlləşdirmə planı nəticəsində federal büdcəyə daxilolmaların təxminən 17 mlrd. rubl və yaxud 283 mln. ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rusiyada-yeni-ozellesdirme-plani-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR