Trampın həkimi onun saçlarından danışıb

Trampın həkimi onun saçlarından danışıb
20:42 2 Fevral 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Trampın çoxdankı həkimi Harold N. Bornstein müsahibələrində onun saç uzanması üçün prostat dərmanı qəbul etdiyini bildirib.

Tramp bundan başqa, dəri problemi sayılan çəhrayı civzələrə qarşı antibiotik və qanda xolesterol və lipidlərin miqdarını azaltmaqdan ötrü statin qəbul edir.

Bornstein həmçinin deyib ki, Tramp infarkt riskini azaltmaq məqsədiylə hər gün uşaq aspirini içir. Həkim Trampın sağlam olduğunu, onun "ən müasir" tibb xidmətindən yararlandığını deyib.

70 yaşlı Tramp ən yaşlı prezidentdir.

Bornsteinın dediklərinə aydınlıq gətirmək istəməyən Ağ Ev rəsmiləri onun hələ də Trampın həkimi olub-olmadığını da söyləməyiblər.

"Trampın həkimi"

Trampın hər gün kiçik dozada qəbul etdiyi "Propecia" adı ilə satılan finasterid preparatı prostat mənşəli PSA antigeninin miqdarını azaldır. Bu preparatdan kişi keçəlliyinin önlənməsində istifadə olunur. PSA antigeninin azalması həm də xərçəng riskini aşağı salır.

69 yaşlı doktor Bornstein Tufts və Yale kimi universitetlərdə təhsil alıb. O, 1980-ci ildən bəri həkimliklə məşğuldur. Bildirib ki, Tramp prezident olandan onunla əlaqəsi kəsilib və Ağ Ev əməkdaşlarından heç kim ondan Trampın tibbi qeydlərini istəməyib. Həkim həmin qeydləri 36 ildir ki, saxladığını deyir.

Doktor Bornsteinın sözlərinə görə, Tramp 1980-ci ildən bəri hər il onun klinikasına ümumi müayinəyə gəlib. Bundan əvvəl Tramp Bornsteinın atası doktor Jacob Bornsteinın xəstəsi olub.

Həkimin sözlərinə görə, o, indi dostlarının ona diqqətinin artmasından, ona "Trampın həkimi" kimi yanaşılmasından məmnundur. O, mətbuatın buna görə onu "ələ salmasından", ofisinin pəncərəsinə daş atılmasından və küçədə insanların onu görəndə qışqırmasından narazılığını da gizlətməyib.

"AĞ EVİN HƏKİMİ OLMALYAM"

Seçki kampaniyası dövründə məşhur "əgər seçilərsə, cənab Tramp ən sağlam prezident olacaq" bəyanatını verən də məhz doktor Bornstein idi. Səkkiz ay sonra o, həmin məktubu, Trampın göndərdiyi limuzin qapısının ağzında gözlərkən, tələsik yazdığını deyərək çaşqınlıq yaratmışdı.

Doktor Bornstein vaxtaşırı Trampın birinci və üçüncü arvadlarının da həkimi olduğunu, vaxtaşırı ikinci arvadına da xidmət göstərdiyini söyləyib.

Təqribən bir ay öncə, Bornstein Trampın katibi Rhona Graff-a deyib ki, "Mən Ağ Evin həkimi olmalıyam. Ronald Reagan və George H. W. Bush kimi keçmiş prezidentlər öz həkimlərini Ağ Evə gətiriblər..."

Bornstein Trampın andiçmə mərasiminə də dəvət olunub. Amma o, mərasimdə elə də xoş anlar yaşamadığını söyləyib. Belə ki, mərasim zamanı kürsüdə oturdulacağını gözləyirmiş, ancaq ona oturmaq təklif edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR