Ölümü yada salın ki, müsibət və çətinliklər sizin üçün asan olsun

Ölümü yada salın ki, müsibət və çətinliklər sizin üçün asan olsun
20:42 2 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran ayələrinə və hədislərimizə əsasən, insan gərək hər gün ölümü yada salsın. Çünki ölümü yada salmaq insanın qəlbini diri saxlayar, insan ölümə yaxınlaşar və ondan qorxmaz. O kəs ki, ölümü yada salar, çalışar ki, özünü paklasın və günahdan uzaq olsun.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, belə bir insanın dünyaya olan əlaqəsi və meyli azalar və axirəti üçün yaşayar. (Erfan)
Ölümü yada salmağın faydaları çoxdur və onların bəziləri ilə tanış olaq:
1. İmam Əli (ə) buyurur: "Ölümü çoxlu yada salın. O zamanı ki, qəbirlərdən xaric olub İlahi ədalət qarşısında hazır olmağa qərar verilmişdir. O günü yada salın ki, qəbirlərdən xaric olmaq istəyirsiniz və gedib Allah Təala qarşısında hesab vermək üçün hazır olursunuz. Ölümü yada salmaq müsibət və çətinlikləri sizin üçün asan edəcəkdir".
Deməli, ölümü yada salmağın faydalarından biri budur ki, insan özünü indidən hesab günü üçün hazırlayar və dünyadakı çətinliklər və müsibətlər onun üçün asan olar.
2. İmam Əli (ə) buyurur: "O zaman ki, nəfsləriniz sizinlə dava edər ki, sizi günaha və şəhvətə tərəf çəksin - ölümü yada salın. Ölümü yada salmaq sizinlə nəfsiniz arasında olan bu davada yardım edər ki, nəfsinizə qalib gələsiniz".
3. İmam Əli (ə) başqa yerdə buyurur: "O kəs ki, ölümü çoxlu yada salar, dünyadan kifayət olan qədərinə (yəni, əlində olanlara) razı olar. Başqaları üçün çoxlu mal və sərvət toplamaq ardınca olmaz".
4. Həzrət Peyğəmbər (s) səhabələrinə buyurardı: "Sizinlə şəhvətiniz arasında hayil olan bu ölümü çoxlu yada salın. Qoymaz ki, siz şəhvət ardınca gedəsiniz və ləzzətləri aradan aparar".
5. İmam Əli (ə) buyurur: "Ölümdən qafil olmayın. Siz necə o şeydən qəlfət edə bilərsiniz ki, o, sizdən qəflət etmir. Sizin nəsihət və moizə olmağınız üçün aranızda olanların dünyadan getməsini müşahidə etmək kifayətdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR