İlhamə Quliyeva ilk dəfə doğma atası haqda danışdı

İlhamə Quliyeva ilk dəfə doğma atası haqda danışdı
11:57 16 Mart 2015
625 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva ilk dəfə doğma valideynindən danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar"a açıqlamasında əsl atasının Həbib Bayramov yox, Məzahir Quliyev adlı şəxs olduğunu deyib:

"Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Anam Tükəzban xanım atamdan ayrılandan sonra onunla ailə qurub.

Onlar bir-birini çox seviblər. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/329831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR