Rusiya, İran və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edirlər

Rusiya, İran və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edirlər
10:27 6 Fevral 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Astanada Rusiya, Türkiyə və İranın operativ qruplarının Suriyada atəşkəsə nəzarət üzrə birgə iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda BMT və İordaniya ekspertləri də iştirak edirlər.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi Türkiyə, Rusiya və İran rəsmilərinin fevralın 6-da Astanada bir araya gələcəyini bildirmişdi. Görüşün məqsədi Suriyada atəşkəs rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.

Xatırladaq ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR