Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycan və Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirib.

A.Mirzəzadə Publika.az-a deyib ki, nə Jirnovskinin, nə də onun kimi düşünənlərin heç birinin bu istəkləri reallaşmayacaq:

Azərbaycandan Jirinosvkiyə CAVAB: “Canımızı verərik, müstəqilliyimizi yox”

“Azərbaycan öz dövlət müstəqilliyini ona görə qazanmayıb ki, müəyyən vaxtdan sonra onu kiməsə qurban versin! Min illərdən bəri Azərbaycan xalqının qüdrətli tarixi dövlətləri olub. Azərbaycan xalqı öz müstəqilliyini ləyaqətlə daim göstərə bilib. Dövlətimiz bundan sonra daha da qüdrətlənəcək. Xaricdə kimlərsə dünya ölkələrinin sərhədlərini dəyişmək və Azərbaycanı öz tərkiblərinə qatmaq xülyaları ilə yaşaya bilər. Ancaq bu mümkün olan məsələ deyil. Biz son azərbaycanlıya qədər canımızı verərik, ancaq müstəqilliyimizi vermərik. Ona görə də Azərbaycanın dövlət müstəqilliyi heç zaman itməyəcək, biz heç zaman hansısa dövlətin tərkibində olmayacağıq”.

Eks-prezident Ayaz Mütəllibov isə Publika.az-a bildirib ki, Vladimir Jirinovski “təlxək” kimi tanınır:

Azərbaycandan Jirinosvkiyə CAVAB: “Canımızı verərik, müstəqilliyimizi yox”

Jirinovskidən şovinist bəyanat: “Qarabağ olmayacaq, Azərbaycan...” - VİDEO

Onun Dağlı Qarabağ münaqişəsi ilə bağlı söylədikləri isə ikrah hissi doğurur.