"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.
Səfir Çexiyanın sənaye nazirinin Azərbaycana səfərini xatırladaraq, bundan sonra yüngül sənayedə və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
V.Pivonka həmçinin Çexiyanın Azərbaycan ərazisindən keçən nəqliyyat layihələrində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.