Lavrov: "Moskva Donbassa sülhməramlıların göndərilməsini müzakirə etməyə hazırdır"

Lavrov: "Moskva Donbassa sülhməramlıların göndərilməsini müzakirə etməyə hazırdır"
16:22 16 Mart 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

“Kiyev Donbassa sülhməramlı qüvvələrin yeridilməsi mövzusunu gündəmə gətirməklə Minsk razılaşmalarının siyasi hissəsini yerinə yetirməkdən yayınmaq istəyir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Bununla yanaşı, S. Lavrov qeyd edib ki, əgər münaqişə tərəfləri maraqlı olarsa, Moskva bu məsələnin müzakirəsində iştiraka hazırdır: “Münaqişə iştirakçıları razılaşmaların yerinə yetirilməsinin müşahidəsi məqsədilə hər iki tərəf üçün məqbul olan formalar üzrə razılığa gəlməlidir”.

Moskvanın Ukraynaya sülhməramlıların göndərilməsi məsələsini nəzərdən keçirməyə hazır olub-olmaması barədə suala nazir belə cavab verib: “Əgər münaqişə tərəfləri bunda maraqlı olarsa... Açıq deyək ki, biz istənilən təklifi nəzərdən keçirməyin əleyhinə deyilik. Lakin bu məsələdə münaqişə tərəfləri ilə danışmaq lazımdır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR