Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Qətərin müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Qətərin müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə edilib
19:43 16 Mart 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 mart, AZƏRTAC 
Martın 16-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov 2014-cü ilin oktyabrında Qətərə səfəri zamanı keçirilmiş görüşlərin və imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini vurğulayıb. Nazir iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib.
Qonaqlara FHN-in fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verilib.
Cassim Saif Əhməd Al-Sulaiti güclü iqtisadiyyata malik olan Azərbaycan ilə Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edib. Qonaq vurğulayıb ki, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin böyük əhəmiyyəti vardır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Fovqelade_Hallar_Nazirliyi_ile_Qeterin_muvafiq_qurumu_arasinda_emekdasliq_meseleleri_muzakire_edilib-839770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR