Neft Daşlarında bədbəxt hadisə: Montyor dünyasını dəyişdi

“Neftqaztikinti” trestinin elektrik montyoru yıxılaraq dünyasını dəyişib.

SOCAR-dan Metbuat.az-a verilən məlumata görə, fevralın 22-də saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılmış, aldığı xəsarətdən keçinmişdir. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR