Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri sabah Azərbaycana gələcək
Paylaş
·119 baxış·1 dəq oxu
Bakı. 23 fevral. REPORT.AZ/ Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf fevralın 24-də Azərbaycanda rəsmi səfərə gələcək. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində M.Ə.Yusufun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.