Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması məlum olub.

Məlum olub ki, motosikleti idarə edən A. Məlikovun sürücülük vəsiqəsi olmayıb.

Qeyd edək ki, dəhşətli qəza Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.