24-26 fevral tarixlərində Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycanda rəsmi səfərdə olacaq.

XİN-dən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində Mahmud Əli Yusufun 24 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində