"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, E.Məmmədyarov Bakıda Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufla birgə təşkil etdiyi brifinqdə deyib:

"Mart ayında Moskvaya rəsmi səfərim olacaq".

Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı nikbin olmadığını deyib:

"Ermənistanın xarici işlər naziri münaqişənin nizamlanması prosesini müsbət qiymətləndirməyə şans qoymadı. Mən Moskvaya səfərim zamanı münaqişənin nizamlanmasını müzakirə etmək niyyətindəyəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində