Ermənilər bütün dünyaya "erməni soyqırımı" mifini təbliğ etməklə yanaşı, çalışırlar ki, onlar tərəfindən Xocalıda törədilmiş soyqırım beynəlxalq səviyyədə tanınmasın.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin "Strategic Outlook" beynəlxalq tədqiqat mərkəzinin prezidenti Yusif Çınar deyib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir: "Erməni diasporunun təbliğatı zəifləmədikcə Xocalıda törədilən cinayətlərin səbəbkarlarını tapmaq və bu faciə barədə həqiqətləri dünyaya çatdırmaq çətin olacaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində