Azərbaycanda bir elan saytında narkotik maddə satılır.
Tibbi marixuna adı altında insanları narkotik alüdəçiliyinə cəlb edirlər.
"Yüksək keyfiyyətli marixuana" başlıqlı elan yerli saytlardan birində yerləşdirilib. Elanda xərçəng və oynaq ağrıları üçün "morfi" effekti verən psixotrop maddələr də təklif olunur. Bunun istənilən şəxs, 400 manata yaxın pul ödəyərək onu əldə edə bilər.
Elana yazılmış telefon nömrəsi Kamerun kodu ilədir. Ancaq kamerunlu olduğu güman edilən satıcı ingiliscə yazdığı elanında narkotik maddəni dünyanın istənilən ölkəsinə çatdırılmanın mümkün olduğunu qeyd edib. "Skype" və elektron poçt ünvanını da elana əlavə edib. Gün ərzindəki bütün cəhdlərimizə baxmayaraq, elanı yerləşdirən şəxslə əlaqə saxlaya bilmədik.
Narkotik satışına dair elan yanvarın 23-dən, yəni 1 aydan çoxdur həmin saytdadır. Bu müddət ərzində elanın silinməməsi saytda redaktənin olmadığını göstərir. Mütəxəssislərə görə, saytda yer alan bu hal qeyri-peşəkarlıqdan xəbər verir. Elan saytlarının bu cür idarə edilməsi doğru deyil.
Azərbaycan qanunvericiliyinə görə, hər hansı platforma vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı qadağandır. Fəaliyyət növləri mövcud qanunvericilik əsasında idarə olunmalıdır. Əks halda həmin şəxsin və ona köməkçi olanların məsuliyyətə cəlb olunması qaçılmazdır.
Cinayət Məcəlləsinə görə bu insanlar 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzasına məhkum edilə bilərlər. Satış külli miqdarda olduqda, daha ağır cəzanın tətbiqi həyata keçirilə bilər. Elan saytlarına gəldikdə isə, ya mexaniki, ya da avtomatik redaktə sistemindən istifadə etməsi məsləhətdir. Əks halda narkotik satışına dair elan yerləşdirilə biləcək digər arzuolunmaz təbliğat və ticarət növlərinin yanında toya getməli ola bilər.
Mövzu ilə bağlı "Xəzər xəbər"in hazırladığı videomaterialı təqdim edirik: