Yava dənizində qəzaya uğramış təyyarənin quyruq hissəsi tapılıb

10:37 7 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+



Yava dənizində “AirAsia” aviaşirkətinin qəzaya uğramış təyyarəsinin quyruq hissəsi tapılıb
APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” İndoneziya milli axtarış-xilasetmə agentliyinin rəhbərinə istinadən məlumat yayıb. Agentliyin rəhbəri Bambanq Soelistyo bildirib ki, xilasedicilərin əlində təyyarənin quyruq hissəsinin dənizin dibində olmasını təsdiqləyən vizual sübutlar var. O deyib ki, hazırda dalğıclar həmin yerə enməyə hazırlaşırlar.

B. Soelistyo tapılan cəsədlərin sayının 40-a çatdığını da söyləyib.

Xatırladaq ki, Sinqapura uçan “Airbus A320” sərnişin təyyarəsi ötən il dekabrın 28-də İndoneziya sahilləri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 162 nəfər olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR