Rusiya Federasiyası Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib
Paylaş
·175 baxış·1 dəq oxu
Bakı. 2 mart. REPORT.AZ/ Rusiya Federasiyası Azərbaycan vətəndaşını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib. “Report”un xəbərinə görə, axtarışa verilən şəxs 1969-cu il təvəllüdlü Süleyman Mansurovdur. O, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə ittiham olunur.