Musiqili Teatrın aktyoru Əmrah Dadaşovun Milli.Az-a müsahibəsi.

- Əmrah, sizi tamaşaçılar Baladadaş rolu ilə tanıyıb-sevdilər. Bu rol sizə düşərli oldu və siz ilin uğurlu gənc aktyoru mükafatını aldınız. İstərdim, sizi yaxından tanıyaq.

- Əslində, mən belə uğurlar qazanacağıma bir az xəyal kimi baxırdım. Əsas odur ki, xəyallarımda da bu olub. Demək ki, xəyallarım gerçəkləşir. Bir şeyi ürəkdən istəyəndə Allah onu insana verir. Təbii ki, arzuların ardınca getməyi bacarmalısan. Mən 3-cü kursda oxuyarkən teatra direktorumuz, əməkdar artist Əliqismət Lalayev tərəfindən dəvət olundum. Bu artıq mənim üçün bir uğur idi. Çünki direktorun bir aktyoru öz teatrında görmək istəyi hər kəsə nəsib olmur. Teatra gələn kimi də xalq artisti Cənnət Səlimovanın "Baladadaşın toy hamamı" tamaşasında Baladadaş roluna dəvət olundum. Məsuliyyətim çox böyük idi, çalışdım ki, uğurlu bir tamaşa olsun. Görünür ki, tamaşa çox uğurlu və müvəffəqiyyətli oldu. İndi də teatrda mənə Əmrah yox, Baladadaş deyilməsi buna sübutdur. Demək ki, Baladadaş obrazı sevildi və Gənclər və İdman Nazırliyi tərəfindən bu rola görə "İlin ən yaxşı gənc aktyoru" seçildim. Bu təkcə mənim yox, teatrımızın uğurudur.

- Uşaqlıq illəriniz necə keçib?

- Uşaqlıqdan musiqiyə, incəsənətə həvəsli olmuşam. Balaca uşaqlar cizgi filminə baxanda mən "Babək"ə, "Nəsimi"yə baxırdım. Amma nədənsə aktyordan çox, müğənni olmaq istəyirdim. Muğam təhsili, vokal dərsləri almışam. Amma zamanla aktyor olmaq istəyim müğənni olmaq istəyimi üstələdi. İndi hər iki işi bir arada görərək, aparıcı-müğənni kimi toylarda da fəaliyyət göstərirəm.

- Buna məcbursunuz?

- Əslində, teatrın verdiyi maaş ilə dolana bilsəm, mən heç vaxt əlavə işə getmərəm. Bütün enerjimi teatra sərf edərəm, rollarımı ürəyim istədiyi kimi məşq edərəm. Amma buna məcburuq, çünki bizim həyatımız təkcə səhnədən ibarət deyil. Toylara getməyim maddi durumuma çox yaxşı təsir edir.

- "Baladadaşın toy hamamı" tamaşasındakı "Baladadaş" rolu digər eyni adla çəkilən filmdəki "Baladadaş"dan nəyi ilə fərqlənir? Yəqin ki, hansı filmi nəzərdə tutduğumu bildiniz?

- "Baladadaşın toy hamamı" tamaşası ilk dəfə idi ki, səhnələşdirilirdi. 30 il əvvəl isə eyni adda bədii film çəkilib. Bu film "Baladadaşın ilk məhəbbəti" filmidir. Bu filmdə Baladadaş rolunu xalq artisti Şamil Süleymanov oynayırdı. Teatrda amma bu rolu ilk dəfə mən oynamışam.

- Teatrda gənc aktyorlar olduğu halda niyə sizi bu tamaşaya dəvət etdilər? Yəqin ki, kənardan bu rola dəvət olunmağınız teatrın gəncləri ilə sizi üz-üzə qoyub.

- Mən insanların içlərində nə düşündüklərini deyə bilmərəm, amma mənə dəstək olanlar da kifayət qədər oldu. Hətta teatra gəlməmişdən öncə xoş bir təsadüf də olmuşdu. Tamaşanın libretto müəllifi, mənə hər zaman dəstək olan əməkdar artist Nofəl Vəliyev məni bir neçə ay əvvəl universitetdəki həmin obraza dəvət etmişdi. Mən, sözün düzü, fikirləşdim ki, 3-cü kursdayam, işləmədiyim bir yerə get-gəl mənə əziyyət olar. Çünki işin ciddiyyətini anlamırdım, dərk etmirdim. Aylar sonra isə Əliqismət müəllim məni uyğun bilib bu rola dəvət etdi. O məni universitetdə "Məcnun" rolunda görmüşdü. Hər ikisinin məni bu rola uyğun bilib, dəvət etməsi, təbii ki, təsadüf idi. Böyük sənətkarlarımız teatra gələn gündən mənə dəstək oldular, bu bəsimdir. Fatma Mahmudova, Nahidə Orucova, Cənnət Səlimova, Çingiz Əhmədov və s. sənətkarları misal gətirə bilərəm.

- Bəs gənc həmkarlarınız?

- Gənc aktyor dostlarım çox olsa da, təbii ki, hərdən uğurlarıma qısqananlar da olur.

- Tələbə vaxtı universiteti bitirib, hansı teatra gedəcəyinizi fikirləşirdiniz?

- Siz əgər mənə "dünyaya yenidən gəlsəniz, aktyor olmaq istərdinizmi?" sualını versəydiniz, cavabım bu olardı: "Musiqili Teatrın aktyoru olacağımı bilsəydim, olardım". Bu teatrın gözəl bir ailəsi var. Xoşbəxtəm ki, bu ailənin bir üzvüyəm. Amma digər teatrlara da simpatiyam var. Tələbə biri üçün istənilən teatrdan dəvət almaq böyük uğurdur.

- Tələbə vaxtı bir çox tələbələr kinoya, seriala meyl edirlər. Demək ki, sizdə teatra həvəs hər şeyi üstələyib.

- Kinolara çox dəvət almışam, indi də dəvət edirlər. Bir serialda həm aktyor, həm də kastinq meneceri kimi çalışmışam. Hələ ki, ürəyimcə olan rola dəvət almamışam. Tələbə vaxtı kinonu yox, teatrdakı fəaliyyətimi düşünürdüm. O ki qaldı kinolara... Bizdə nədənsə daha çox komediyaya üstünlük verirlər.

- Musiqili Teatrda çalışdığınıza görə komediya sizə daha yaxın olmalıdır. Niyə ekran işlərində komik rolları sevmirsiz?

- Bizdə hal-hazırda bəzilərini çıxmaq şərtilə bir çox filmlər sanki aktyorlar ac qalmasınlar deyə çəkilir. Mən, şükür Allaha, ac deyiləm, işim var. Teatrda inkişaf var, teatrı sırf sənəti sevən insanlar seçirlər. Mən teatrı çox sevirəm. Bu gün hər filmə özünü "dürtən" aktyorlar teatrda bir dəfə səhnəyə çıxıb bir cümlə söz demək üçün can atırlar. İstisnalar, təbii ki, var. Elə sənətçilər var ki, həm teatrda, həm də kinoda uğurlu fəaliyyəti var. Məncə, bir az zamana ehtiyacım var, düşünürəm ki, teatrla yanaşı, filmlərdə də uğur qazanacağam. Gülüşün özü də düşündürücü, mənalı olmalıdır. Bayağı, ucuz sözlərlə yox. Amma çox sevdiyim komik filmlər də var.

- Kimlərdir bayağı gülüşlə insanları bezdirənlər?

- Yaxşısı budur, gəlin biz teatr haqqında danışaq (gülür). Danışsam, böyük qalmaqala səbəb olar.

- Yaxşı, teatrdan danışaq...

- Hazırda Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərini tamaşaya hazırlayırıq. Bu əsər bizim klassikamızdır. İnşallah, yaxın zamanda tamaşa hazır olacaq.

- "Məcnun"u oynamaq asandır, yoxsa "Baladadaş"ı?

- Bayaq da qeyd etdiyim kimi, "Məcnun" rolunu mən universitet dövründə oynamışam.

- Leylini sevmək çətin deyil ki?

- Leylini Leyli kimi sevmək ona Məcnunun gözü ilə baxandan sonra çətin olmur. Mən hələ ki, həyatdakı Leylimə rast gəlməmişəm.

- Ola bilməz ki, bu yaşa kimi sevməyəsiz.

- 26 ildir gözləyirəm. Mən sevgiyə qiymət verən insanam. Sevgi həyatdakı bütün hisslərdən daha artıq hissdir. Bir gün öz Leylimə rast gələcəyimə və onu Məcnun kimi sevəcəyimə əminəm.

- Vaxtilə aktyora qız verməkdə çətinlik çəkirdilər. İndi bəs necədir?

- Hələ ki, kimdənsə qız istəməmişəm, ona görə də deyə bilmərəm. Daha dolğun düşünən insanlar insanı tanıdıqdan sonra qiymət verirlər, sənət burada önəm daşımır.

- Qorxmursunuz ki, gələcəkdə bu sizə problem olsun?

- Bir məşhur mahnı var: "Nə mənə qız qəhətdir, nə sənə oğlan" (gülür).

- Amma sosial şəbəkədə xanımlarla bir neçə səmimi fotolarınızı gördüm.

- Bu xanımlar mənim universitet və sənət yoldaşlarımdır.

- Çox səmimi deyil, sizcə?

- Hələ ki, qısqananım yoxdur (güıür).

- Evlənərkən, yəqin ki, bu fotoları siləcəksiz, əks halda böyük qısqanclıqla üzləşə bilərsiz.

- Biz bir səhnədə çıxış edirik, hərdən sevgili oluruq, hərdən evli. Məncə, bu səmimiyyət aktyorla aktrisa arasında olmalıdır. Əgər çox sevdiyim bir insan olsa, evlənərkən bu fotoları siləcəyəm. Mən ümumiyyətlə heç kimə vurulmamışam. Xoşuma gələn qızlar olub, amma bu, sevgi olsaydı, indi yanımda olardı.

- Əmrah, bəs xanımınız sizi qısqansa, teatrdan çıxmağınızı istəsə...

- Mən sənətimi çox sevirəm, amma ailəmi heç nəyə dəyişmərəm. Biz indi xəyallardayıq, sənət haqqında düşünürük. Sırf qısqanclıq üzündən sənətimi atmaram. Çünki məni sevən onsuz da sənətimi də sevib qəbul edəcək. Sevgisiz insanın yaşamağının mənası yoxdur. Bütün həyatını birinə qurban verməkdən daha önəmli nə ola bilər?

Əli Rəhimoğlu

Milli.Az

Azərbaycanlı aktyorun qızlarla səmimi FOTOları yayıldı: "Sevsəm, siləcəyəm"