Moskva Viyalətinin Arbitraj Məhkəməsi Çerkizovski bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovu rəsmən müflis elan edib.
Metbuat.az "Ria Novosti"yə istinadən xəbər verir ki, artıq məhkəmə azərbaycanlı biznesmenin əmlakının satışa çıxarılması prosedurunun icrasına başlayıb.
2015-ci ilin dekabr ayında Moskva Vilayətinin Arbitraj Məhkəməsi ilk dəfə Telman İsmayılovun müflis elan olunduğu barədə hökm çıxarmışdı. Ancaq 2016-cı ilin martında Apellyasiya Məhkəməsi Bank Moskvanın şikayəti üzrə qərarı ləğv etmişdi.
Telman İsmayılov 2009-cu ildən etibarən sahibi olduğu Çerkizovski bazarındakı fəaliyyətlərinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən müxtəlif iddialarla üzləşib.
Xatırladaq ki, sanitar nəzarət orqanlarının apardığı yoxlamalardan sonra çoxlu pozuntular aşkarlandığından, Çerkizovski bazarının fəaliyyətinə son verilmişdi.