Nəhənglərin görüşü olacaq

Nəhənglərin görüşü olacaq
12:06 7 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Devid Kemeron və Almaniya kansleri Angela Merkel bu gün Londonda görüşəcəklər.

ANS PRESS-in məlumatına görə, D.Kemeron görüşdə Avropa İttifaqında aparılan islahatlara dəstək verib-vermədiyi barədə planlarını açıqlayacaq.

Bu ilin yazında Böyük Britaniyada ümumi parlament seçkiləri keçiriləcək. Devid Kemeron immiqrasiya haqqında sərt mövqeyi tanınsa da, seçiciləri bu məsələdə inandırmağa çalışır. Almaniya isə Avropa İttifaqının daxilində gediş-gəlişin məhdudlaşdırılmasına qarşı çıxır.

Bu məsələ iki Avropa dövləti liderinin danışıqlarında əsas mövzulardan olacaq. Çünki bundan əvvəl liderlər Avropanın iqtisadi problemlərini birlikdə həll etmək barədə razılığa gəliblər.

İki liderin bugünkü görüşündə Ukraynadakı böhran, terrorizmlə mübarizə, "Ebola" virusunun yayılmasına qarşı mübarizə və digər məsələlər əsas müzakirə mövzuları olacaq.

Xatırladaq ki, A.Merkel Ukrayna böhranında Rusiyanın mövqeyini daim kəskin tənqid atəşinə tutur: "Kremlin siyasəti "Avropada sülhün mövcudluğunun əsaslarını" silkələdi. Avropa İttifaqı belə davranışa dözməyəcək."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR