Bu gün Gəncə Apellyasiya Məhkəməsində qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilən Orxan Zeynalovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az xəbər verir ki, bu barədə report-a onun vəkili İlqar Əliyev məlumat verib.
Onun sözlərinə görə, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə O.Zeynalov barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, O.Zeynalov Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silah, soyuq silah gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunub.
2015-ci ilin oktyabr ayının 7-də Qazax Rayon Məhkəməsi ona 6 ay islah işi verilməsi barədə hökm çıxarıb. Hökmdən narazı qalan O.Zeynalov apellyasiya şikayəti verib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində