Bakıda dəhşətli hadisə:

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu özünü binanın 12-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayırmış. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Gənc oğlanın hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil. Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR