Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib

Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib
23:32 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kiyev. 14 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report"un Ukrayna bürosu xəbər verir ki, bu barədə Pyotr Poroşenkonun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.
"Poroşenko, həmçinin ölkə prezidentlərinin ikitərəfli əlaqələrinin fəallaşdırılması sayəsində mümkün olan Ukrayna və Azərbaycan münasibətlərinin dinamikasını müsbət qiymətləndirib. Ukrayna prezidenti bu konteksdə 2017-ci ildə Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının keçirilməsini vacib sayıb", - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, gəmi və təyyarəqayırma, əczaçılıq, kənd təsərrüfatı kimi sahələrdə perspektivli əməkdaşlıq layihələrinə xüsusi diqqət ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/sahin-mustafayev-ukrayna-prezidenti-ile-gemi-ve-teyyareqayirma-layihelerini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR