İntihar edən Mövludun məzar daşına yazılan yazı ürək parçaladı: "Darıxanda zəng elə"

İntihar edən Mövludun məzar daşına yazılan yazı ürək parçaladı: "Darıxanda zəng elə"
12:17 18 Mart 2017
540 Ölkə
Ölkə mətbuatı
A- A+

Yazıçı Kəramət Böyükçölün bir neçə gün əvvəl intihar edən jurnalist Mövlud Mövludla bağlı son paylaşımı ürək parçalayıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, yazıçı dostları onun məzarını ziyarət ediblər. Kəramət Böyükçöl jurnalistin baş daşına yazılmış yazıdan bəhs edib.

"Mövludun balaca bir baş daşı vardı. Taxtadan qoyulmuşdu, müvvəqqəti idi. Qırmızı qələmlə üstünə yazdım ki, darıxanda zəng elə. Oturub zəng gözləyirəm"...

Xatırladaq ki, Mövlud Abdullayev - Mövlud Mövlud 16 mart 2017-ci il gecə saat 2 radələrində özünü işlədiyi ofisin yerləşdiyi binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Bu xəbər onu tanıyan hər kəsi dərindən sarsıdıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR