Azərbaycanda qız toyuna 2 gün qalmış sevgilisilə qaçdı

Azərbaycanda qız toyuna 2 gün qalmış sevgilisilə qaçdı
13:01 7 Yanvar 2015
244 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda 20 yaşlı qız toyuna 2 gün evdən qaçıb. Bu barədə Xaçmaz rayon polis şöbəsinin təhqiqat bölməsinin rəisi, polis-mayoru Siyavuş Ağayev ANS PRESS-in bölgə müxbirinə məlumat verib.

Onun sözlərinə görə, 23 sentyabr, 1995-ci il təvəlüdlü Simuzər Sabir qızı Əhmədova toyuna 2 gün qalmış evi tərk edib. O, nişanlısı ilə evlənmək istəmədiyini bildirib.

Aparılan axtarışlar zamanı qızın Bakı sakini olan Anar adlı şəxslə qaçdığı müəyyən edilib. Sonradan qız evlərinə qaytarılıb. Lakin toy ləğv edilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Siyəzəndə yaşayan 5 uşaq anası V.F.-nin həyətlərində işləyən ustaya qoşulub qaçması barədə xəbər yayılıb. Ötən ilin oktyabr ayında isə Şabranda 2 uşaq anası qonşu kişiyə qoşularaq qaçmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR