“Toshiba” televizorlarının istehsalı dayandırılır

“Toshiba” televizorlarının istehsalı dayandırılır
14:35 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın “Toshiba” şirkəti televizor istehsalı üzrə bölməni satmaqla bağlı planlarını açıqlayıb. Bununla əlaqədar imzalanacaq sazişin yaxın ildə başa çatacağı gözlənilir. Perspektivli istiqamətin satışa çıxarılması nüvə energetikası sahəsində maliyyə itkiləri ilə əlaqələndirilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, potensial alıcılar qismində Çinin “Hisense Group” və Türkiyənin “Vestel” şirkətləri çıxış edir. Türkiyə şirkəti Avropada “Toshiba” markalı televizorların buraxılışı və satışı hüququna malikdir. Yaponiyada isə “Toshiba” istehsalçısı televizor satışını müstəqil həyata keçirir.

Xatırladaq ki, “Toshiba” yarımkeçiricilərin istehsalı üzrə bölməni də satmaq niyyətindədir, bir il əvvəl isə məişət texnikasının istehsalı üzrə bölməni “Midea” şirkətinə satıb.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47045-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR