Nazirlikdə maliyyə nöqsanları aşkarlandı

Nazirlikdə maliyyə nöqsanları aşkarlandı
16:37 10 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hesablama Palatası Mədəniyyət Nazirliyinin fəaliyyətində maliyyə pozuntusu və nöqsanlar aşkarlayıb.

Milli.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda açıqlanıb.

Bildirilir ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, hesabat ilində nazirliyin fəaliyyətində 27 hal üzrə maliyyə nöqsanı aşkarlanıb. Bunlardan 7-si (ümumi qurumlar üzrə 1,3 %-i) büdcə qanunvericiliyinin tələblərinə görə nöqsanlar, 4-ü (ümumi qurumlar üzrə 8,2%-i) əsaslı qoyuluşlar (tikinti) üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 1,1 %-i) dövlət əmlakı ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 9-u (ümumi qurumlar üzrə 15,1 %-i) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 0,8 %-i) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 5-i (ümumi qurumlar üzrə 73,5 %-i) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlardır.  
 
Palata tərəfindən görülən tədbirlər nəticəsində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusundan 218 285,1 manat bərpa edilib. 4 nəfər ciddi xəbərdarlıq, 3 nəfərə isə xəbərdarlıq verilib.
 
Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR