Hamburqun lüks oteli olan "4 Fəsil" Böyük İyirmiliyin 7-8 iyunda keçiriləcək sammitində iştirak edəcək ABŞ nümayəndə heyətini qəbul etməkdən imtina edib.
Metbuat.az bildirir ki, Tramp administrasiyası otelə Tramp və nümayəndə heyətinin 2 günlük qəbulu üçün sorğu göndərsə də, rədd cavabı alıb.
2016-cı ilin dekabrında ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ATƏT-ə üzv ölkələrin XİN-ri ilə görüş məqsədilə sözügedən oteldə qalıb.
Adətən, yüksək səviyyəli qonaqlar Amerika səfirliyinin yaxınlığında yerləşən Adlon otelində qalsalar da, hələlik ABŞ tərəfindən otelə hər hansı sorğunun göndərilmədiyi deyilir.
Aytən Novruzova / Metbuat.az