Sürücülərin nəzərinə

Azərbaycanda qüvvədə olan bütün yol nişanları və nişanlama xətləri, dünyanın bütün ölkələri üçün eynidir. Yol nişanlarının ifadə etdiyi simvollar elə seçilib ki, onları sürücülər daha asan şəkildə yadda saxlaya bilsin. Belə işarələrdən biri də 1.4 sarı rəngli bütöv nişanlama xəttidir.

Yolun hərəkət hissəsinin kənarına çəkilən bu xətt bütün dünyanın yol hərəkət qaydalarında dayanma və durmanın qadağan olduğunu bildirir.

“Hazırda ölkəmizdə qüvvədə olan qaydalara əsasən, 1.4 sarı rəngli bütöv nişanlanma xətti yalnız 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə, dayanma və durmanı qadağan edir. Başqa sözlə, 3.27 nişanı yoxdursa, 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin heç bir mənası yoxdur”. Bunu Metbuat.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib.

Faktiki olaraq hazırda 1.4 sarı rəngli bütöv nişanlanma xətti əhəmiyyətsiz bir şeydir ki, bu da sürücüləri çaş-baş salır. Ancaq sürücülərin nəzərinə çatdıraq ki, 1.4 sarı rəngli bütöv nişanlama xəttinin olduğu yerdə avtomobil saxlamaq olar.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR