Yaqub Eyyubov məscid sökülən əraziyə gəldi - Yeni məscid tikiləcək

Yaqub Eyyubov məscid sökülən əraziyə gəldi - Yeni məscid tikiləcək
12:13 13 Aprel 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidi ətrafında yaranmış vəziyyətlə maraqlanmaq üçün söküntü işləri aparılan əraziyə baş çəkib.

Bu barədə Publika.az-a Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məlumat verib.

Ötən gün və bu gün Baş nazirin birinci müavini Yaqub Eyyubovla Hacı Cavad məscidi ilə bağlı bir neçə dəfə söhbət aparıldığını vurğulayan İ.Mehdiyev bildirib ki, artıq sözügedən məscidin yerinə inşa olunacaq məscidin layihəsi də hazırdır:

“Dünən və bu gün cənab Yaqub Eyyubovla bir neçə dəfə görüşüb söhbət apardıq. Məscidlə bağlı layihə artıq Yaqub müəllimə təqdim edilib. Məscidin inşa edilməsi üçün mən ona 2 yer təklif etmişəm. Həmin yerlərin peykdən çəkilişləri də hazırdır. Bu gün isə Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Yaqub Eyyubovun qəbulunda olub. Baş memar məscidin inşası ilə bağlı lazım olan bütün sənədləri də Yaqub müəllimə təqdim edib”.

İcra başçısı deyib ki, bu gün Baş nazirin birinci müavini Yaqub Eyyubov məscid olan əraziyə də baş çəkib:

“Mən ona vəziyyət haqqında məruz etmişəm. Mən 2 ərazini təklif etmişəm. Qərar qəbul olunandan sonra məscidin inşa ediləcəyi yer bəlli olacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/194878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR