ABŞ döyüş şəraitində ilk dəfə olaraq İŞİD-in mövqelərinə 2003-cü ildə sınaqdan çıxarılan ən böyük qeyri-nüvə mərmisi ilə zərbə endirib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Zərbə cümə axşamı Nanqarxar əyalətində Açın ərazisinə endirilib. Zərbə nəticəsində İŞİD-in yerləşdiyi 3 yeraltı tunel, çoxsaylı silah-sursat məhv edilib.

Dinc sakinlər arasında xəsarət alan yoxdur.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb. Partlayış episentrdən1,5 kilometr məsafədə yayılma gücünə malikdir.

Aytən Novruzova / Metbuat.az