“Azərbaycan Beynəlxalq Bankı” bankomat və POS-terminal şəbəkəsini genişləndirib

16:57 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 16:55 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı” (ABB) bankomat və POS-terminal şəbəkəsini genişləndirib.

 

ABB-nin mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, 2014-cü ildə bank tərəfindən ölkənin 65 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb, bu da ölkə bankları tərəfindən keçən il ərzində quraşdırılan ATM-lərin ümumi sayının 40%-ni təşkil edir.

 

Qeyd edək ki, hazırda ABB-nin bankomatlarının sayı 755 ədəddir. Məlumatda qeyd olunur ki, ötən il ərzində bankın POS-terminal şəbəkəsi 2,2 dəfə artaraq, 11007-yə çatdırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR