Kök şirəsinin

Yerkökü meyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə və çiy halda kulinariyada istifadə olunur, həmçinin şirəsi çəkilir.

Metbuat.az xəbər verir ki, yerkökü şirəsi bir çox xəstəliklər üçün əvəzedilməz dərmandır. Kök təbii A vitamini mənbəyi olduğu üçün göz sağlamlığını qoruyur, görmə gücünü artırır. Sümük pozuqluqları və osteoparoza (sümük boşluğu) qarşı təsirlidir. Dərini canlandırır, gözəlləşdirir. Qaraciyərin funksiyasının yaxşılaşdırılmasında və həzm sistemi üzərində olduqca təsirlidir. Tərkibində olan E vitamini xərçəng riskini azaldır. Kök suyu içərək yaş ilə əlaqədar yaranan ağrı və sızıları azalda bilərsiniz. Arıqlamaqda və kilonu sabit saxlamaqda olduqca təsirlidir. Yemək arasında 1-2 kiçik kök yemək və yaxud suyunu içmək insanda toxluq hissi yaradır. Xalesterola və yüksək təzyiqə qarşı mübarizə aparır. Öd kisəsi və qaraciyər üçün çox təsirlidir.Yağlanmanı azaldır. Kök suyu güclü bir antioksidant olan beta-karotenden də zəngin olduğu üçün hüceyrələrin korlanmasının qarşısını alır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR