Kimisinin bir hektar, kimisinin isə 10 hektar kartof sahəsi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Milli.Az bildirir ki, Tovuzun Alakol kəndində kartof sahələri mənşəyi bilinməyən xəsətəliyə məruz qalıb.
Kəndlilər deyir ki, əvvəllər heç vaxt rast gəlmədikləri bu xəstəliyin kökünü kəsməkdə çarəsizdirlər. Təsərrüfatçılar adını bilmədikləri xəstəliyin məhsuldarlığa ciddi ziyan vuracağından narahatdırlar...
Xəstəlik kartofun yarpaqlarını soldurur və saraldır. Toxumu isə qaraldaraq məhv edir. Kənd sakinləri deyir ki, təsərrüfatlarında əvvəllər bu cür xəstəliklə rastlaşmayıblar.
Kənt Təsərrəfatı Nazirliyindən isə bildirildi ki, bunun hava şəraiti ilə əlaqədar baş vermə ehtimalı var. Sabah nazirliyin yerli əməkdaşları həmin əraziyə baxış keçirib araşdırma aparacaqlar. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
