Hava Hücumundan Müdafiə Qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib

17:58 7 Yanvar 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR