“Sahil” bağında qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlandı!

“Sahil” bağında qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlandı!
17:59 7 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən “Sahil” bağında törədilmiş dəhşətli qətl hadisəsi ilə əlaqədar iki nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, şübhəli şəxslər Səbail rayonu, 39-cu polis bölməsində dindirilirlər. İzahatları alındıqdan sonra onların prokurorluğa göndəriləcəyi bildirilir. Rayon prokurorluğu istintaq sirri olduğundan bu şəxslərin adlarını açıqlamır. 


Qeyd edək ki, dekabrın 6-da saat 18:47 radələrində 1989-cu il təvəllüdlü, Nərimanov rayon sakini Həsənov Həsən Namiq oğlu və onun dostu, 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu “Sahil” bağında bıçaqlanıblar. Həsən Həsənov hadisə yerindəcə keçinib, Orxan Məmmədzadə isə xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbi məlum deyil. Şahidlər mərhum Həsən Həsənovun gəzdirdiyi itin yoldan keçən qızlara hürdüyünü, kənarda dayanmış 26-27 yaşlı oğlanın isə söhbətə müdaxilə etdiyini bildirir. Naməlum şəxs mübahisə zəminində bıçaq çıxararaq, Həsən Həsənova 1, Orxan Məmmədzadəyə isə 2 zərbə endirib. Həsən Həsənov ürəyindən xəsarət aldığından hadisə yerində ölüb. Qətli törədən şəxs hadisə yerindən qaçıb. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR