Cəlilabadda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb

Cəlilabadda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb
14:22 1 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 1 may. REPORT.AZ/ Cəlilabad rayonunda iki gün əvvəl avtomobillə vurulan 11 yaşlı yeniyetmə xəstəxanada ölüb.  
“Report”un Aran bürosu xəbər verir ki, aprelin 29-da avtomobillə vurulan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aprelin 29-da Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-iki-gun-evvel-avtomobille-vurulan-11-yasli-yeniyetme-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR