Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən, ömürlük həbs cəzasına məhkum olunmuş rusiyalı hərbi qulluqçu Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.

Qeyd edək ki, 2015-ci il yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin 7 üzvünü amansızcasına qətlə yetirib.