Qumbaraatanla polisə hücum

Qumbaraatanla polisə hücum
01:46 8 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Şırnak vilayətinin Cizrə rayonunda zirehli maşınla reyd keçirən polis əməkdaşları terrorçuların hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, polisin də terrorçulara cavab verməsi ilə tərəflər arasında silahlı insident baş verib.

Yerli vaxtla saat 21.30-da (Bakı vaxtıyla 23.30) baş vermiş hadisə zamanı terrorçular qumbaraatanla “Əqrəb” adlı zirehli polis avtomobilinə atəş açıblar. Nəticədə polis avtomobili aşıb və 2 polis əməkdaşı yaralanıb. Polisin terrorçulara cavab atəşi açması ilə tərəflər arasında atışma baş verib.

Yaralı polislər hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə Cizrə dövlət xəstəxanasına çatdırılıblar.

Rayonda gücləndirilmiş iş rejiminə keçən polis terrorçuların da yaxalanması üçün əməliyyatlara başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR