Play Store

Ermənistanın yeni parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb

Ermənistanın yeni parlamentinin sədri vəzifəsinə namizədin adı açıqlanıb
09:57 18 May 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan yeni parlamentin sədri vəzifəsinə Ara Baloyanın namizədliyini irəli sürüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasının sözçüsü Eduarda Şarmazanov bildirib.
Bununla bağlı qərar partiyanın iclasından sonra bu elan olunub. Parlament sədirinin müavinləri vəzifəsinə isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın namizdəliyi irəli sürülüb.
Qeyd edək ki, Ara Babloyan 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca uroloq-cərrahdır. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.
Xatırladaq ki, bu gün Ermənistanın yeni parlamentinin ilk iclası olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanin-yeni-parlamentinin-sedri-vezifesine-namizedin-adi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR