Bolqarıstan KİV: İslam Oyunlarının əsas dəyərləri - sülh, birlik, hörmət, mükəmməllikdir (FOTO)

Bolqarıstan KİV: İslam Oyunlarının əsas dəyərləri - sülh, birlik, hörmət, mükəmməllikdir (FOTO)
10:43 18 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

12-22 may 2017-ci il tarixində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, bu ölkənin aparıcı xəbər portallarından olan “Novinite” xəbər portalı, “Diplomatic Spectrum” jurnalı, “Kircaali Haber” qəzeti və Bolqarıstan Baş Müftiliyinin internet səhifəsində Oyunlar barədə ingilis və bolqar dillərində məqalələr yayılıb.

Məqalələrdə 12-22 may tarixində paytaxt Bakının “Həmrəylik gücümüzdür” şüarı altında keçirilən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi, 12 may tarixində möhtəşəm açılış mərasimi ilə Bakının dünyanı salamladığı barədə məlumat verilir. İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü il iyul tarixində Ciddədə keçirilmiş Baş Assambleyasında Oyunların Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bildirilir ki, Oyunların təşkili və idarə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb.

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərinin - sülh, birlik, hörmət və mükəmməllik olduğu, yarışların 4 qitənin 54 ölkəsindən olan idmançıları Bakıda 16 dünya səviyyəli idman arenasında bir araya gətirərək onların 10 gün ərzində 20 idman növü üzrə öz ölkələrini təmsil etməsinə imkan yaradacağı qeyd olunur.

Oyunların rəmzləri olan “İncə” və “Cəsur” barədə məlumat verilərək bildirilir ki, İncə və Cəsur Azərbaycanın milli xəzinəsi olan Qarabağ atlarıdır. İncə şəfqət və gözəlliyi, Cəsur isə igidliyi tərənnüm edir.

Məqalələrdə həmçinin, “Xəzərdən başlayan səyahət” proqramı barədə məlumat verilir. İslam Həmrəyliyi Oyunları 2015-ci il ildə ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunları ilə qarşılaşdırılaraq bildirilir ki, Avropa Oyunlarında əsas element od idisə, İslam Həmrəyliyi Oyunlarında əsas diqqət su elementi üzərində cəmlənib. Əlavə olunur ki, bunun səbəblərindən biri suyun İslam inancına görə mühüm əhəmiyyət kəsb etməsi, onun paklıq və şəfa rəmzi olmasıdır. Su həm də Azərbaycan xalqının Novruzdan öncə qeyd etdiyi 4 ənənəvi elementdən biridir.

Xəzərdən başlayan səyahət proqramının 5 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılış mərasiminin baş tutduğu diqqətə çatdırılır. Bu layihənin 37 gün ərzində davam etdiyi və 15 məşhur şəhər və su bölgələrini əhatə etdiyi, layihə çərçivəsində hər regionda Su mərasimi və Su festivallarının təşkil edildiyi vurğulanır.

IV İslam Həmrəyliyi Oyunlarının1 milyard izləyicinin iştirakı ilə 58 ölkədə yayınlanacağı bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR