ABŞ-da Nyu-Yorkun məşhur Tayms meydanında naməlum sürücü avtomobili insanların üzərinə sürüb.
Metbuat.az bildirir ki, ilkin məlumatlara görə, insident nəticəsində 1 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Avtomobili idarə edən şəxs saxlanılıb.
CBS televiziyası Nyu-York polis idarəsindən əldə etdiyi məlumat əsasında hadisənin terror aktı olmadığını izləyicilərinə çatdırıb.